Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA

"Hantavirusun hazırkı mərhələdə pandemiya yaratma potensialı yoxdur. Çünki onun yoluxduruculuq göstəricisi və yayılma indeksi kifayət qədər aşağıdır. Bununla belə, xəstəlik ciddi təhlükə hesab olunur. Xüsusilə də virusun insan orqanizmində yaratdığı ağır fəsadlar və yüksək ölüm göstəriciləri səbəbindən məsələyə ciddi yanaşmaq lazımdır".
Avtosfer.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatından hantavirusla bağlı yayılan həyəcan təbilindən danışarkən bildirdi.
Onun sözlərinə görə, hantaviruslar əsasən gəmiricilərdə parazitlik edir və təbiətdə təbii rezervuar kimi daha çox maral siçanlarının orqanizmində yaşayırlar:
"Bu siçanlar xarici görünüşlərinə görə belə adlandırılır. Onlara əsasən Şimali və Cənubi Amerikada rast gəlinir. Maral siçanları limanlara, yüklərin içinə və gəmilərə daxil olaraq müxtəlif ölkələrə daşına bilirlər. Gəmilərdə yaşamaq və çoxalmaq üçün də əlverişli mühit tapırlar. Virus onların sidiyi, seliyi, ekskrementləri və digər ifrazatları vasitəsilə qidalara, yataq dəstlərinə və ətraf mühitə keçərək yoluxma yarada bilər. Xəstəlik adətən virus hissəciklərinin havaya qalxaraq nəfəs yolları vasitəsilə insan orqanizminə daxil olması nəticəsində baş verir. Gizli, yəni inkubasiya dövrü bir həftədən səkkiz həftəyə qədər davam edə bilər. Xəstəlik başlayanda isə çox ağır ağciyər və ürək fəsadları ilə müşahidə olunur, hətta kardiopulmonal şok yarada bilir".
Həkim qeyd etdi ki, virusun bəzi ştamları xüsusilə təhlükəlidir:
"Məsələn, “Sin Nombre” ştamı yoluxma zamanı çox yüksək ölüm göstəricisi ilə xarakterizə olunur. Hazırda diqqət çəkən ştamlardan biri də “Andes” ştamıdır. Bu ştamın insandan insana keçə bilməsi ehtimalı müzakirə olunur və əsasən sıx təmas nəticəsində yayıla biləcəyi qeyd edilir. Bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı məsələni diqqətdə saxlayır. Bununla belə, hazırkı vəziyyətdə genişmiqyaslı pandemiya və ya böyük epidemiyalar real görünmür. Sadəcə olaraq, müasir dünyada insanların intensiv miqrasiyası səbəbindən virusun müxtəlif ölkələrə daşınması mümkündür".
Müsahibimizin sözlərinə görə, hər hansı bölgədə yoluxmuş şəxs başqa ölkəyə, o cümlədən Azərbaycana gələrək infeksiyanı ötürə bilər.
"Digər tərəfdən, mütəxəssislər virusların zamanla davranış dəyişdirə bilməsini də nəzərə almağın vacib olduğunu bildirirlər. Bu gün aşağı yoluxduruculuq göstərən virus gələcəkdə mutasiya nəticəsində fərqli xüsusiyyətlər qazana bilər. Qeyd edilməli vacib məqamlardan biri də budur ki, Azərbaycanda və digər ölkələrdə evlərdə, zirzəmilərdə və ya döşəməaltı sahələrdə rast gəlinən adi ev siçanları və siçovullar hantavirusun əsas rezervuarı hesab olunmur. Bəzi mənbələrdə bu heyvanların adı yanlış şəkildə “düyü siçanı” kimi təqdim edilir. Əslində isə söhbət maral siçanlarından gedir və onlar xarici görünüşlərinə görə bu adla tanınırlar".
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK
"BakıKart" qiyməti bahalaşdı
Bakıda bu ərazinin siması dəyişəcək – yeni binalar, kanat yolları, tramvay... - Söküləcək küçələrin ADLARI
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı










