Azərbaycanda güclü zəlzələ buna görə baş veribmiş - AÇIQLANDI

“Zəlzələlər yer qabığında baş verən mürəkkəb geodinamik proseslərin nəticəsidir. Bu zaman tektonik blokların hərəkəti, süxurların sıxılması və gərginliyin toplanması baş verir. Tektonik qırılmalar boyunca deformasiya və parçalanma prosesləri gedir. Müəyyən kritik həddə çatdıqda isə toplanmış enerji ani şəkildə azad olur və nəticədə zəlzələ baş verir”. Avtosfer.az xəbər verir ki, bu sözləri "Globalinfo"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Qəbələdə baş verən və Azərbaycanın bir sıra şəhər və rayonlarında hiss edilən zəlzələ haqda danışarkən deyib.
Onun sözlərinə görə, Qəbələdə qeydə alınan son zəlzələnin ocağı təxminən 39 kilometr dərinlikdə yerləşdiyindən, onun təsiri geniş əraziyə yayılıb:
“Məhz buna görə də yeraltı təkanlar ətraf rayonların bir çoxunda müxtəlif intensivlikdə hiss olunub. Hazırkı vəziyyətdə daha yüksək maqnitudalı və ya daha güclü balla qiymətləndirilən zəlzələnin baş verəcəyini söyləmək üçün əsas yoxdur. Adətən belə hadisələrdən sonra afterşoklar, yəni təkrar yeraltı təkanlar müşahidə olunur. Bu təkanlar isə əksər hallarda əsas zəlzələdən daha zəif olur və zaman keçdikcə onların sayı və gücü azalır”.
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, zəlzələ Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə hiss edilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib ki, zəlzələ əsasən Qəbələ rayonunda qeydə alınıb. 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












