Azərbaycanda pensiyalarla bağlı mühüm XƏBƏR: Kapitalının ən azı 30 faizinin...

Son zamanlar cəmiyyətdə və qanunverici orqanda ən çox müzakirə olunan vacib məsələlərdən biri vətəndaşların topladığı pensiya kapitalının varislik hüququ ilə bağlıdır. Milli Məclisin Əmək və sosial siyasət komitəsində vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının ən azı 30 faizinin varisinin hesabına köçürülməsi təklifi irəli sürülüb. Bu addım vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və illərlə toplanan vəsaitlərin batmamasının təmin edilməsi yönündə mühüm təşəbbüs kimi qiymətləndirilir. Təklifin reallaşması həm Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mexanizmlərinə, həm də vətəndaşların sosial rifahına birbaşa təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-un suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.
Mütəxəssis iddia edir ki, vətəndaşın sosial sığorta ayırmaları onun şəxsi vəsaitidir və bu səbəbdən varislik mexanizminin tətbiqi çoxdan gözlənilən addımdır:
“Milli Məclisdə bu təklifin səsləndirilməsini müsbət qiymətləndirirəm, lakin şəxsən mən də hələ 10 il bundan əvvəl belə bir təşəbbüslə çıxış etmişdim və dəfələrlə mediada bu çağırışları etmişəm. Bu, son dərəcə vacib məsələdir. Əgər DSMF-yə ödədiyimiz vəsait bizim şəxsi vesaitimizdirsə, vətəndaşın hətta sağlığında belə bəlli qaydalar çərçivəsində ona çıxış imkanları olmalıdır”.
Onun sözlərinə görə, şəxs dünyasını dəyişirsə və təqaüd yaşına çatmırsa, orada yığılan vəsait təbii ki, onun varislərinə çatmalıdır. Hətta nəinki 30 faiz, daha böyük bir hissəsi varislərə ötürülməlidir:
“Məsələn, bu vəsait nəğd pul şəklində verilməsə də, kreditlərin ödənilməsinə, övladının və ya nəvəsinin təhsil haqqının qarşılanmasına, səhiyyə və xəstəxana xərclərinin ödənilməsinə yönəldilə bilər. Bu tür xərclər üçün mütləq vəsaitə çıxış imkanı yaradılmalıdır. Belə bir mexanizmin formalaşdırılmasına çox ciddi ehtiyac var”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












