Azərbaycanda qadınlar üçün ŞAD XƏBƏR – Pensiya, güzəşt…

“Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir”.
Avtosfer.az "Baku.ws"ə istinadən bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80 faiz arasında dəyişir, Avropa İttifaqına üzv bir çox ölkələrdə isə 80 faizdən yüksəkdir:
“Bunun müəyyən obyektiv səbəbləri mövcuddur. Belə ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan qadınların 242 mindən çoxu məhz bu sektorda fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizinin təhsil sahəsində çalışması deməkdir”.
Vüqar Bayramov hesab edir ki, qadınların iqtisadi güclənməsi onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini tələb edir:
“Bu baxımdan məqsədəuyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadın sahibkarların maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilsin. Hazırda fondun ayırdığı kreditlərdə qadın sahibkarların payı hələ də aşağı səviyyədədir. Bu istiqamətdə xüsusi prioritetlərin müəyyən edilməsi onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Digər mühüm məsələ pensiya təminatı ilə bağlıdır. Qadınlarla kişilər arasında əməkhaqqı fərqi mövcud olduğu müddətdə yaşa görə əmək pensiyası hesablanarkən qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi imkanları nəzərdən keçirilə bilər. Bir sıra inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bu təcrübə qadınların gələcək pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir.
Eyni zamanda pensiya yaşı ilə bağlı güzəştlərə yenidən baxılması, yalnız yaş meyarı deyil, həm də sosial və keyfiyyət göstəricilərinin nəzərə alınması məqsədəuyğun olardı. Xüsusilə tək qadınların daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi təsbit edilməsi müzakirə oluna bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












