Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?

Avqustun 15-dən etibarən Bakı metropolitenində "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması paytaxtda nəqliyyat yükünün artması ilə bağlı suallar yaradıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xüsusilə yeni tədris ilinin başlanması ilə məktəb və ali təhsil müəssisələrində səhər saatlarında sərnişin sıxlığının əhəmiyyətli dərəcədə artacağı müzakirə mövzusu olub.
Hazırda əsas suallardan biri də budur: Metroda yaranacaq yükü azaltmaq üçün Bakıda məktəb və ali təhsil müəssisələrində dərslərin başlanma saatlarının mərhələli şəkildə müəyyənləşdirilməsi məsələsi müzakirə olunur? Belə bir qərarın qəbul edilməsi gözlənilir və bununla bağlı aidiyyəti qurumlar arasında müzakirələr aparılır?
Elm və Təhsil Nazirliyindən (ETN) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı hazırda müzakirə aparılmır.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək yeni tunelin tikintisi aparılır. İşlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bu müddətdə sərnişinlər "Nizami" və "28 May" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə etməli olacaqlar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












