Bakıda ciddi problemlər yaşana bilər: iki əraziyə işarə – “Hazır olmalıyıq!”

Payız fəslinin gəlməsinə sayılı günlər qalmış bir sıra məsələlər aktuallaşıb. Xüsusilə gözlənilən yağmurlu hava şəraiti bəzi problemlərin müzakirəsinə yol açıb. Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tunel və “Bağırov körpüsü”nün alt hissəsində su basma riskləri bu sırada yer alır.
“Bağırov körpüsü”nün alt hissəsi və Sabunçudakı məlum keçid düzəldilibmi? Bununla bağlı hansı təhlükələr var?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hazırda “Bağırov körpüsü” ilə bağlı müəyyən işlər görülür:
“Lakin onların effektivliyi barədə dəqiq nəsə demək mümkün deyil. Sabunçudakı tunel də problemli vəziyyətdədir. Yağış yağan kimi burada ciddi fəsadlar yaranır. Buna görə də qurumlar daşqın və sel hadisələrinin baş verməsini gözləmədən vaxtında qabaqlayıcı tədbirlər görməlidirlər. Çünki həmin ərazidə artıq bir neçə dəfə fəlakət yaşanıb və ölüm halları qeydə alınıb”.
Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinə görə, yol hərəkəti təhlükəsizliyi təmin edilərkən iqtisadi maraqlardan öncə insan amili nəzərə alınmalıdır:
“Çünki insan həyatı hər şeydən dəyərlidir və bu məsələyə ciddi yanaşmaq lazımdır. Təhlükəsizlik səviyyəsi mümkün qədər sıfıra endirilməli, eyni yerdə təkrar qəzalara yol verilməməlidir. Təəssüf ki, bəzi hallarda qabaqlayıcı tədbirlərin olmaması ölümlərə gətirib çıxarır”.(global.info)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












