Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI

Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan bir sıra daşınmaz əmlaklar iyunun 18-də hərraca çıxarılacaq. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, hərraca Bakının müxtəlif rayonlarında yerləşən mənzillər, fərdi yaşayış evləri, bağ evi, qarajlar və qeyri-yaşayış sahələri təqdim ediləcək. Siyahıda ən diqqətçəkən əmlaklardan biri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 638,7 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Həmin obyektin ilkin satış qiyməti 4 milyon 644 min 500 manat müəyyən edilib. Satışa çıxarılan əmlaklar arasında 741,92 kvadratmetrlik mənzil də yer alır. Nəsimi rayonunda yerləşən həmin mənzilin ilkin satış qiyməti 1 milyon 855 min manat təşkil edir. Bundan başqa, Nərimanov rayonunda yerləşən iki fərdi yaşayış evi ayrı-ayrılıqda 1 milyon 100 min manat və 950 min manata, Binəqədi rayonundakı fərdi yaşayış evi isə 1 milyon 100 min manata hərraca çıxarılacaq. Hərrac siyahısında 28 May küçəsində yerləşən 17-32 kvadratmetr sahəyə malik çoxsaylı qarajlar da var. Bu qarajların əksəriyyətinin ilkin satış qiyməti 44 min 500 manat, daha böyük sahəyə malik olanların isə 53 min manatdır. Ümumilikdə satışa çıxarılan əmlakların əhəmiyyətli hissəsi Nəsimi rayonu ərazisində yerləşir. Hərracda iştirak etmək istəyən şəxslər müəyyən edilmiş məbləğdə beh ödəməli və tələb olunan sənədləri hərracdan ən geci üç bank günü əvvəl təqdim etməlidirlər.
Daşınmaz əmlakların siyahısını təqdim edirik:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












