Bakıdan sonra ən çox səfər edilən ŞƏHƏRLƏRİMİZ

Azərbaycana gələn turistlər üçün paytaxt Bakıdan sonra ən populyar və vizit kartı sayılan istiqamətlər Qəbələ və Şəki şəhərləridir. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Bələdçilər Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib.
Tural Musayev hər iki tarixi şəhərin turistlər üçün əsas cəlbedici tərəflərini qeyd edib:
Qəbələ: Dağ mənzərələri və ailəvi istirahət
Assosiasiya rəhbərinin sözlərinə görə, Qəbələyə gələn qonaqlar daha çox təbiət və aktiv istirahətə üstünlük verirlər:
"Tufandaq" kurortu: Turistlər bura kanat xətti ilə gəzmək və xizək sürmək üçün üz tuturlar.
Təbiət möcüzələri: "Yeddi gözəl" şəlaləsi, göz oxşayan dağ mənzərələri və məşhur Vəndam kəndi səyahətçilərin sevimli məkanıdır.
Mövsümi turlar: May-iyun aylarında Qəbələdəki bənövşəyi lavanda sahələrinə təşkil edilən turlar xüsusi maraq doğurur.
Ailəvi əyləncə: Şəhər ailəvi istirahət üçün də ideal mərkəz sayılır. Uşaqlar burada Azərbaycanın ən böyük attraksion parkı olan "Qəbələnd"i ziyarət edə bilirlər.
Şəki: Böyük İpək Yolunun qədim irsi
Digər populyar istiqamət olan Şəki isə öz zəngin tarixi və memarlığı ilə fərqlənir:
Tarixi keçmiş: Şəki qədim Böyük İpək Yolunun mühüm dayanacaq məntəqələrindən biri olub.
Burada qədim karvansaralar, məscidlər, məbədlər və sənətkarlıq emalatxanaları bu günə qədər qorunub saxlanılır.
UNESCO irsi: Şəkinin qədim memarlıq incisi olan XVIII əsrə aid Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib və əcnəbi turistlərin ən çox baş çəkdiyi məkanların önündə gəlir.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











