Bakı–Tbilisi reysləri bərpa olundu - Tur paketlərə maraq artdı

Bakı–Tbilisi qatar reyslərinin bərpasından sonra Gürcüstana quru yolla səyahət imkanları yenidən genişlənib. Bu isə həm turistlərin, həm də turizm şirkətlərinin diqqətini çəkən mövzulardan birinə çevrilib.
Bəs hazırda turizm şirkətləri tərəfindən Bakı–Tbilisi–Bakı qatarı ilə Gürcüstana xüsusi turlar təşkil olunurmu? Ümumiyyətlə, azərbaycanlı turistlərin qatarla səyahətə marağı hansı səviyyədədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirdi ki, hazırda Azərbaycan və Gürcüstan arasında açılan dəmir yolu xəttinin turizmə böyük töhfəsi var:

“Turizmin inkişafında böyük rolu olan nəqliyyat vasitələrindən biri qatar nəqliyyatıdır. Yəni bu gün qatar biletlərinin qiymətləri baha olsa da, tələbat var. Artıq bir neçə şirkət Azərbaycan vətəndaşları üçün hazır tur proqramları və tur paketləri ilə satışlara başlayıb. Düzdür, qatarda yer məsələsi bir az çətindir. Yəni yaxın bir ay–bir ay yarım müddətində çox dolu olduğu üçün yer tapmaq çətindir. Amma bunun üçün, dediyim kimi, bir neçə şirkət artıq öncədən yerlərini alıb, hotellərini bron edib və qrup turları təşkil etməyə başlayıb”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












