Benzinin satışına LİMİT QOYULDU - Bu ölkədə hər maşına cəmi 20 litr

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkələri yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.
Məlumata görə, AI-92 və AI-95 markalı benzinlər üçün 20 litrə qədər, dizel yanacağı üçün isə 40 litrə qədər limitlər qüvvədədir.
Bildirilir ki, iyunun 12-də tətbiq edilən bu məhdudiyyətlər qısa müddətdə şirkətin Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələrinə də şamil olunub.
Hazırda Moskvadakı "Rosneft" YDM-lərində bir avtomobil və ya bidon üçün ümumilikdə maksimum 90 litr yanacaq limiti müəyyən edilib, "Lukoil" stansiyalarında isə bir qəbz üzrə satış 100 litrlə məhdudlaşdırılıb.
Bundan əvvəl, iyunun 2-də Moskva vilayəti və Yeni Moskva ərazisində fəaliyyət göstərən ORTK şəbəkəsi də yanacaq satışına məhdudiyyətlər tətbiq edib. Şirkətlər vahid bir qadağanın olmadığını bildirsələr də, vəziyyətdən asılı olaraq ayrı-ayrı məntəqələrdə belə məhdudiyyətlərin tətbiq edilə biləcəyini etiraf ediblər.
Rusiya mediası onu da qeyd edir ki, mayın sonunda müstəqil YDM şəbəkələri yanacaq ehtiyatlarının doldurulmasında ciddi problemlərlə qarşılaşdıqlarını bəyan ediblər. Bu fonda ölkədəki bir sıra neft emalı zavodlarında istehsalın azaldığı barədə məlumatlar yayılıb.
Bundan əlavə, Rusiyanın bir çox regionlarının, o cümlədən Belqorod və Ryazan vilayətlərinin, həmçinin Krasnodar diyarının sakinləri artıq bir müddətdir ki, benzin və dizel tədarükündə fasilələrin yarandığını bildirirlər.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












