Bəzi miqrantların Rusiya vətəndaşlığı alması qadağan ediləcək

Rusiya Dövlət Duması gələn həftə məhkumluğu ödənilməmiş və ya götürülməmiş miqrantların Rusiya vətəndaşlığı və ya ölkədə yaşamaq hüququ alması imkanının istisna edilməsini təklif edən qanun layihəsinə baxacaq.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Max" kanalında məlumat verib.
Üstəlik, bu məhdudiyyət Rusiya ərazisində və ya onun hüdudlarından kənarda törədilmiş istənilən cinayətə görə yaranan məhkumluqlara şamil ediləcək.
O qeyd edib ki, bundan əlavə, belə bir fakt aşkarlandıqda, əvvəllər verilmiş yaşayış icazələri və ya müvəqqəti yaşayış icazələri ləğv olunacaq. Dövlət Dumasının sədri aydınlıq gətirib ki, bu qərar Rusiya ərazisində qaçqın kimi tanınan, yaxud siyasi və ya müvəqqəti sığınacaq almış xarici ölkə vətəndaşlarına şamil olunmayacaq.
Volodin, həmçinin qeyd edib ki, 2024-cü ildən bəri miqrasiya sahəsinə aid 30 federal qanun qəbul edilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












