Bəzi şəxslərin sosial sığorta qeydiyyatı avtomatik aparılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası"nda dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı kollegiya müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, qaydanın 3.6-cı bəndində yer alan "14.5.1-1.9-cu" sözləri "14.5.1-1.3-cü" sözləri ilə əvəz olunub.
Qeyd olunan bəndə görə, öz-özünü sığortaedənlərin, eləcə də "Sosial sığorta haqqında" Qanunun 14.5.1-1.3-cü maddəsinə uyğun olaraq mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin sığortaolunan kimi uçotu avtomatlaşdırılmış qaydada həyata keçirilir.
Bu zaman Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumatlar, həmçinin dövlət qurumlarının informasiya sistemlərində mövcud olan uçot məlumatları əsasında sığortaedənin ayrıca müraciəti olmadan sosial sığorta nömrəsi verilir.
Sənədə əsasən, ƏƏSMN-in Hüquq şöbəsinə qərarın üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsinin təmin olunması tapşırılıb.
Bundan başqa, qərar reyestrə daxil edildikdən sonra 72 saat ərzində rəsmi dərc olunmalıdır.
Qərarın icrasına nəzarət isə ƏƏSMN-in müəyyən edilmiş vəzifə bölgüsünə uyğun həyata keçiriləcək.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












