Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var

Hündür mərtəbəli binalardan zibil və ya müxtəlif tullantıların atılması həm şəhər mühitinə ciddi ziyan vurur, həm də ictimai təhlükəsizlik baxımından risk yaradır. Bu cür davranışlar ətraf mühitin çirklənməsinə, insanların sağlamlığına zərər vurulmasına və ümumi yaşayış mədəniyyətinin pozulmasına səbəb olur. Qanunvericilik isə belə halların qarşısının alınması üçün məsuliyyət tədbirləri nəzərdə tutur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov "Demokrat.az"a İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq, məişət tullantılarının müəyyən olunmuş tutumlardan və ya urnalardan kənar yerlərə atılmasına görə məsuliyyət nəzərdə tutulur deyib.
"Belə hallarda fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə olunurlar. Bu norma ətraf mühitin qorunması, şəhər və kəndlərin sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Qanunun əsas məqsədi ictimai yerlərin təmiz saxlanılmasını təmin etmək, tullantıların nəzarətsiz şəkildə ətrafa atılmasının qarşısını almaq və vətəndaşlarda ekoloji məsuliyyət hissini gücləndirməkdir. Eyni zamanda, bu qaydaların pozulması yalnız cərimə ilə deyil, həm də ictimai mədəniyyət və şəhər mühitinə birbaşa mənfi təsir göstərdiyi üçün ciddi hüquqi məsuliyyət daşıyır", - hüquqşünas bildirib.
Beləliklə, qanunvericilik məişət tullantılarının yaşayış binalarından və ya müəyyən olunmuş yerlərdən kənara atılmasına görə inzibati məsuliyyət müəyyən edir və bu cür hallara görə yüksək məbləğdə cərimələr nəzərdə tutur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












