Bu il 23 min tələbə magistr adı qazanmaq uğrunda mübarizə aparacaq – EKSPERT

Ötən gün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının birinci cəhdi baş tutub. İmtahanda iştirak etmək üçün ümumilikdə 22 780 bakalavr ərizə təqdim edib və bu da magistratura səviyyəsinə marağın yüksək olduğunu göstərib.
Avtosfer.az xəbər verir ki, namizədlərin böyük əksəriyyəti 20 790 nəfər Azərbaycan bölməsi, 1 990 nəfər isə rus bölməsi üzrə imtahan verib. Bu göstəricilər magistratura təhsilində əsas üstünlüyün Azərbaycan bölməsinin üzərinə düşdüyünü bir daha göstərib. Eyni zamanda, əvvəlki illərin məzunları da təhsillərini davam etdirmək və ya ixtisaslarını artırmaq məqsədilə yenidən imtahanda iştirak edib.
Maraqlıdır, görəsən bu il keçirilən 1-ci cəhd magistr imtahanında gözlənilən proqnozlar nələrdir?

Bununla bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, imtahandan çıxan bakalavrların əksəriyyəti sualların çətinlik səviyyəsinin təxminən ötən ilə yaxın olduğunu, yəni imtahanın o qədər də asan olmadığını vurğulayıb:
“Hazırda bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrini bitirmiş məzunlardan təxminən 23 min nəfər magistratura imtahanına qeydiyyatdan keçib. Dövlət tərəfindən ayrılan plan yerləri isə 17 min civarındadır. Yəni, 17 min plan yerinə qarşı 23 min bakalavr müraciət edib. Təxmin olunur ki, ən azı 5–6 min bakalavr müsabiqə şərtlərini ödəyə bilməyəcək və müsabiqədən kənarda qalacaq. Ümumilikdə isə bu rəqəmin 4–5 min nəfər ətrafında olacağı ehtimal edilir. Əgər bu vəziyyət formalaşarsa, nəzərə alsaq ki, ikinci cəhddə iştirak edəcək namizədlərin sayı və imtahanın çətinlik səviyyəsi hələ məlum deyil, bu o deməkdir ki, dövlətin ayırdığı 17 min plan yerinə qarşı müsabiqə şərtlərini ödəyənlərin sayı təxminən 17–19 min nəfər olacaq. Bu halda əlavə olaraq 500–1000 nəfərin səhv ixtisas seçimi etməsi və ya bəzi ixtisaslarda plan yerlərinin kifayət qədər olmaması səbəbindən müəyyən plan yerlərinin yenə də boş qalması mümkündür. Keçən illərdə də oxşar vəziyyət yaranmış və təxminən 3 minə yaxın plan yeri boş qalmışdı. Təbii ki, dövlət üçün ayrılmış plan yerlərinin boş qalması arzuolunan hal deyil. Məhz buna görə də Dövlət İmtahan Mərkəzi sistemi düzgün və balanslı şəkildə tənzimləməlidir. Əgər birinci cəhddə müsabiqə şərtlərini ödəyən bakalavrların sayı az olarsa, ikinci imtahanda sualların nisbətən asanlaşdırılması zərurəti yarana bilər. Bu, plan yerlərinin tam doldurulması və ümumilikdə müsabiqəyə ən azı 20–22 min bakalavrın buraxılması üçün məqsədəuyğun hesab oluna bilər”.
Nurcan Babək
Yeni ehsan növü BELƏ OLACAQ - Ənənəvi yas məclislərinə son - VİDEO
Pensiyalar yenə artacaq? - AÇIQLAMA
Yağış avtomobillərə necə ziyan vurur? - 10 min manatlıq risk - USTA DANIŞDI
Bir qrup şəxsin ailəsinə aylıq 700 MANAT ÖDƏNİLƏCƏK
Yağış yağanda Bakıda həyat niyə iflic olur? - Memar səbəbləri AÇIQLADI
Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA
Maaş və pensiyalar yenidən artırılacaq? - AÇIQLAMA
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı MƏLUMAT YAYDI
Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” - FOTOLAR










