Bu pensiyalarda 53 manat artım olacaq

Ötən il ölkəmizdə minimum əmək haqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub:
"Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Əvvəlki illərdə olduğu kimi, cari ildə də əvəzetmə əmsalı orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 50,4 faiz təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasının tələblərinə cavab verəcək".
Bu rəqəmlər hər şeydən əvvəl gündəlik xərclərin daha rahat qarşılanması və inflyasiya təzyiqinə qarşı dayanıqlıq deməkdir. Pensiyaçıların aylıq gəlirinin 53 manat civarında artması, onların dərman, qida və kommunal xərclərini ödəmək imkanlarını genişləndirir. Xüsusilə büdcənin 41 faizinin sosial sahəyə ayrılması o deməkdir ki, dövlət iqtisadi artımı birbaşa insanların rifahına yönəldir. Bu, aşağı gəlirli ailələrin sosial müdafiə şəbəkəsi ilə daha etibarlı şəkildə əhatə olunması və həyat standartlarının MDB miqyasında ən yüksək səviyyələrdən birində qorunub saxlanılması mənasına gəlir./Teleqraf
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












