Bu restorana şortla giriş qadağan edildi

Sumqayıtda fəaliyyət göstərən “Central Park” restoranında şortla girişə qoyulan qadağa müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, restoranın sahibi Əli Əhmədov Axar.az-a açıqlamasında sözügedən qadağanın müəssisənin daxili qaydalarından irəli gəldiyini bildirib. Onun sözlərinə görə, rəsmi qurumlarda və bir çox iş yerlərində olduğu kimi, rəhbərlik etdiyi obyektdə də müəyyən geyim qaydalarına əməl olunması tələb edilir. “Bu, mənim şəxsi obyektimdir. Hər iş yerində olduğu kimi, bizim də öz qaydalarımız var. Hansı rəsmi iş yerində şortla daxil olmağa icazə verilir? Bura ailələrin istirahət etdiyi məkandır. Buna görə də şortla girişə icazə vermirik və bu qaydanı tətbiq edirik”, – deyə o qeyd edib.
Ə.Əhmədov restoranın fəaliyyəti ilə bağlı səsləndirilən digər iddiaları da təkzib edib. O bildirib ki, müəssisə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












