Bu sahədə çalışanların pensiyası arta bilər

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.
Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaş pensiya hüququ əldə etdikdən sonra belə əmək fəaliyyətini davam etdirə bilər:

"O bildirib ki, bununla bağlı dövlət sektorunda müəyyən məhdudiyyətlər var. Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir.
Qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir. Təklifdə isə qeyd olunur ki, bu hesablama dörd ildən bir aparılsın. Bu da pensiyanın təkrar hesablanmasının intensivliyini artıracaq. Baxın, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır. Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək".

Ekspert bildirib ki, təklif edilən mexanizm səmərəli hesab olunur:
"Pensiya kapitalı şəxsin əməkhaqqısından tutulan məbləğ əsasında formalaşdırıldığından bu, onun bir növ mülkiyyət hüququnu yaradır. Təklif qəbul olunarsa, daha çox özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər. Çünki sözügedən müəssisələrdə yaş həddi yoxdur. Bu, dövlət sektorunda çalışanlara da şamil oluna bilər. Burada isə vəziyyət fərqlidir. Məsələn, səhiyyə sahəsində çalışanların maksimal yaş həddi yoxdur. Həmçinin elmi-tədqiqat sahələrində çalışanlara da eyni münasibət tətbiq olunur. Bir sıra dövlət və hakimiyyət orqanlarında çalışanlar da bu qəbildəndir".
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












