Bu şəxslər daha tez pensiya alacaqlar

Azərbaycanda bəzi vətəndaşlar üçün pensiya yaşı qanunvericiliyə əsasən daha erkən təyin oluna bilər.
Avtosfer.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ağır və zərərli şəraitdə çalışan şəxslər üçün pensiya yaşı 5 il azaldıla bilər.
Məlumata görə, yeraltı işlərdə və ya xüsusi zərərli əmək şəraitində çalışan kişilər azı 12 il 6 ay, qadınlar isə azı 10 il bu sahələrdə işlədikdə güzəştli pensiya hüququ əldə edirlər. Bu zaman ümumi iş stajı və ya pensiya kapitalı ilə bağlı tələblər də nəzərə alınır.
Qeyd olunur ki, güzəştli pensiya hüququ verən peşələrin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunur və mütəmadi olaraq yenilənir. Hazırda bu siyahıya minlərlə peşə daxildir.
Mütəxəssislər bildirirlər ki, vətəndaşlar bu hüquqdan yararlanmaq üçün əmək stajını və zərərli şəraitdə işlədiklərini təsdiq edən sənədləri təqdim etməlidirlər.
Ekspertlər qeyd edir ki, bir çox vətəndaş bu imkanlardan xəbərsizdir və nəticədə qanunvericiliyin verdiyi üstünlüklərdən istifadə etmir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












