Çatdırılma şirkəti sifarişi müştəridən xəbərsiz ləğv edib bonus təklif etdi- ŞİKAYƏT- FOTO

Onlayn çatdırılma xidmətlərindən istifadə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu sahədə yaşanan gecikmələr və məsuliyyətsizlik müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir. Xüsusilə vaxt amili önəmli olan sifarişlərdə baş verən laqeydlik istehlakçıların haqlı narazılığına səbəb olur. Bu cür hallardan biri də “Wolt” çatdırılma xidməti ilə bağlı Avtosfer.az-ın qaynar xəttinə daxil olan şikayətdə öz əksini tapıb.
Müştəri iddia edir ki, o, yanvarın 19-u saat 20:00-da “Wolt” üzərindən sifariş verib və sifarişin gecə saat 02:00-a qədər çatdırılmasını gözləyib. Təxminən 6 saat ərzində sifarişin taleyi ilə bağlı heç bir konkret məlumat təqdim edilməyib.
Ən narahatedici məqam isə sifarişin ləğv olunma formasıdır. Müştəriyə son 15 dəqiqə ərzində tətbiq üzərindən “kuryer sifarişi sizə çatdırmaq üzrədir” bildirişi göndərildiyi halda, cəmi 2 dəqiqə sonra sifariş heç bir izah verilmədən ləğv edilib.
Yaşanan bu vəziyyətdən sonra “Wolt” tərəfindən üzrxahlıq məqsədilə müştəriyə 2 manat məbləğində “Wolt” bonusu təklif edilib. Lakin müştəri bu təklifi qəbul etməyib və kompensasiyanın yaşanan narahatlığa uyğun olmadığını bildirib.
Şikayətdə qeyd olunur ki, müştəri məsələ ilə bağlı dəstək xidmətinə də yazılı şəkildə müraciət edib, buna baxmayaraq, həmin müraciət cavabsız qalıb. Müştərinin sözlərinə görə, nə gecikmə, nə sifarişin ləğvi, nə də kompensasiya məsələsi ilə bağlı ona aydın izahat verilməyib.
Diqqət çəkən digər mühüm məqam isə sifarişin nağd ödənişlə verilməsidir. Müştəri haqlı olaraq sual edir: “Əgər bu sifariş kartla ödənilmiş olsaydı, vəsaitin geri qaytarılmasına görə məsuliyyəti kim daşıyacaqdı?” Bu sual çatdırılma xidmətlərinin müştəri qarşısında həm xidmət, həm də maliyyə məsuliyyətinin yetərincə şəffaf olmadığını göstərir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a açıqlamasında bilirib ki, belə hal istehlakçı hüququnun pozulması kimi qiymətləndirilir və istehlakçı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qaynar xəttinə müraciət edə bilərlər.
Məsələ ilə bağlı “Wolt” çatdırılma xidmətinə sorğu ünvanlasaq da, şirkətdən hansısa cavab ala bilmədik.
Nurcan Babək
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı

















