Deputat müjdəni verdi - İşsizlərə şad xəbər

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlar bu layihənin reallaşmasının artıq zaman məsələsi olduğunu bir daha təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin təmin olunmasının vacibliyini dəfələrlə vurğulayıb və Zəngəzur dəhlizinin mütləq reallaşacağını bəyan edib. Onun sözlərinə görə, bu proses artıq praktiki mərhələyə keçib.
Vüqar Bayramov bildirib ki, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Ermənistan ərazisindən keçən hissənin isə cəmi 40 kilometr olması layihənin daha qısa müddətdə başa çatdırılmasına imkan yaradır.
Deputatın sözlərinə görə, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına mühüm töhfə verəcək. O vurğulayıb ki, yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək bu nəqliyyat marşrutu Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək, eyni zamanda region ölkələrinin gəlirlərinin artmasına şərait yaradacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə istinad edən deputat qeyd edib ki, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi gözlənilir. Onun sözlərinə görə, bu marşrut vasitəsilə Çindən göndərilən yüklərin Londona çatdırılma müddəti 18 günə qədər azalacaq.
Vüqar Bayramov əlavə edib ki, 10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollarlıq gəlir formalaşdıracaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












