Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA

Azərbaycanda fəaliyyətdə olan deputatlar pensiyaya çıxdıqdan sonra pensiyalarının deputat olduqları dövrdəki orta aylıq əməkhaqlarının 80 faizinə çatdırılması qaydasından yararlana bilməyəcəklər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik olunur.
Milli Məclisin müzakirəsinə çıxarılan qanun layihəsi bu hesablamanı ləğv edərək pensiyanın fərdi hesabda toplanmış kapital əsasında müəyyən edilməsini və vəzifəyə uyğun aylıq əlavə verilməsini nəzərdə tutur.
İndiki qaydaya əsasən, uyğun şərtlərə cavab verən sabiq deputatın pensiyasına onun deputat olduğu müddətdəki orta aylıq əməkhaqqının 80 faizi ilə hesablanmış əmək pensiyası arasındakı fərq qədər əlavə verilir. Parlament sədri, müavinləri və komitə rəhbərləri kimi vəzifələrdə çalışmış şəxslər üçün həmin vəzifələr üzrə maaş əsas götürülür.
Yeni layihəyə görə, pensiya kapitalı əsasında hesablanan əmək pensiyasına əlavə olaraq vəzifəyə uyğun aylıq məbləğ ödəniləcək.
Deputat olduğu müddətin ən azı yarısı qədər sığorta stajı tələbi isə saxlanılır.
Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək. Həmçinin dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, Ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək.
Yəni deputatlar digər vətəndaşlar kimi pensiya kapitalına toplanan məbləğə əsasən, maaş alacaqlar.
Dəyişiklik pensiya təminatında qeyri-bərabərlik aradan qaldıracaq.
Xatırladaq ki, qanunvericiliyə görə, Azərbaycanda sabiq deputatların pensiyası fəaliyyətdə olan deputatların əməkhaqqının 80 faizi qədər hesablanır. (oxu.az)
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












