Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

“Bakıda və Abşeron yarımadasında çıxarışı olmayan daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində ciddi yeniliklər gözlənilir”. Avtosfer.az bildirir ki, bunu "Baku.ws"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, hazırda paytaxt və yarımadada təxminən 500 mindən çox sənədsiz daşınmaz əmlak mövcuddur və bu obyektlərin mərhələli şəkildə çıxarışla təmin olunması planlaşdırılır:
“Eyni zamanda, ölkənin rayonlarında da yüz minlərlə daşınmaz əmlak köhnə sənədlərlə – əsasən sovet dövründən qalan ev kitabları ilə istifadə olunur və onların da mərhələli qaydada hüquqi sənədlərlə təmin edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb və ilkin mərhələdə qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsinə başlanılıb. Növbəti mərhələdə isə torpaq sahələri və fərdi yaşayış evlərinin sənədləşdirilməsi gündəmdədir. Təkliflərə əsasən, əmlak amnistiyası bütün əmlak növlərini və sənədsiz obyektləri əhatə etməlidir. Bu məqsədlə aidiyyəti qurumlarda xüsusi komissiyalar fəaliyyət göstərir və prosesin mərhələləri müəyyənləşdirilir”.
AQC sədri əlavə edib ki, son qərarlara əsasən, vətəndaş müraciət etdikdən sonra 15 gün ərzində onun əmlakının sənədləşdirilməsinə hüquqi maneənin olub-olmaması ilə bağlı rəsmi cavab verilməlidir:
“Əvvəllər mövcud olan bürokratik əngəllərin aradan qaldırılması nəticəsində prosesin daha operativ həyata keçirilməsi mümkün olacaq. Ümumilikdə isə qanunsuz sayılmayan, yəni təhlükəli və qadağan olunmuş ərazilərdə yerləşməyən tikililərin sənədləşdirilməsi daha məqsədəuyğun hesab olunur”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












