Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi?

Bakıda tıxac probleminin həlli üçün dəniz nəqliyyatından istifadənin mümkünlüyü ilə bağlı sosial şəbəkələrdə müxtəlif təkliflər səsləndirilir. İrəli sürülən fikirlərdən biri də paytaxtın müxtəlif əraziləri arasında sərnişin və avtomobillərin dəniz yolu ilə daşınmasının təşkil edilməsidir.
Bəs bu model Bakı üçün nə dərəcədə realdır?
Avtosfer.az xəbər verir ki, ekoloq Qorxmaz İbrahimli Milli.Az-a açıqlamasında bildirib ki, Bakıda dəniz nəqliyyatının tətbiqi ilə tıxac probleminin aradan qaldırılması ideyası reallığa uyğun deyil.
Onun sözlərinə görə, Bakı ilə İstanbulu dəniz naviqasiyası baxımından müqayisə etmək düzgün deyil. Ekoloq bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan suyun səviyyəsi və sahilboyu şərait daim dəyişir:
“Xəzərdə hazırda suyun çəkilmə dövrüdür. Belə şəraitdə böyük vəsait hesabına dəniz nəqliyyatı infrastrukturu yaratmaq iqtisadi cəhətdən səmərəli olmaz”.
Qorxmaz İbrahimli hesab edir ki, Bayıl-Əhmədli kimi istiqamətlər üzrə sərnişinlərin dəniz yolu ilə daşınması üçün iri layihələrin həyata keçirilməsi tıxac problemini həll etməyəcək.
Ekoloq qeyd edib ki, Türkiyədə və digər ölkələrdə dəniz nəqliyyatı sistemləri yüz illər ərzində formalaşmış infrastruktur üzərində qurulub və davamlı inkişaf etdirilir. Onun fikrincə, Azərbaycanda isə belə bir baza mövcud deyil.
Q.İbrahimli Bakıda nəqliyyat sıxlığının azaldılması üçün əsas həll yolunun şəhərin yükünü azaltmaq olduğunu bildirib. O, bəzi universitetlərin, nazirliklərin və paytaxt üçün zəruri olmayan dövlət qurumlarının regionlara köçürülməsini təklif edib:
“İnsanlar maariflənməli, şəhərin mərkəzləşməsi azaldılmalıdır. Məsələn, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının regionlarda yerləşdirilməsi həmin ərazilərin inkişafına da təkan verə bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












