Həkimdən gecələr telefona baxanlara XƏBƏRDARLIQ

Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...
Avtosfer.az bildirir ki, bunu "Skandinaviya" Sağlamlıq Mərkəzinin somnoloqu Boris Yakovlev deyib. O, qeyd edib ki, gecələr telefon və ya noutbuqda ekrana baxmaq xüsusilə zərərlidir.
Belə ki, insan gecəyarısı oyanıb yenidən gözlərini yumduqda, beyin yuxu rejimində işləməyə davam edir. Melatoninin səviyyəsi ən yüksək səviyyədə olur, bədən temperaturu aşağı düşür, sinir sistemi isə rahatlaşır. Parlaq mavi və ya işıqlı ekran bu ahəngi dərhal pozur.
"Qaranlıq bir yataq otağında smartfondan üzünüzə gələn işıq gündüz vaxtı olan bəciq işığından daha intensiv şəkildə göz sağlamlığına təsir edir. Gecələr bəbək genişlənir və bütün işıq birbaşa retinanın daxili təbəqələrinə keçir. Supraxiazmatik nüvəyə (beynin sirkadian ritmlərini idarə edən hissəsi-red.) gələn siqnal güclü və birtərəfli olur. Siqnal isə beyinə bir növ "Səhərdir, oyanmaq vaxtıdır!" deyir. Melatonin səviyyəsi bir neçə dəqiqə ərzində aşağı düşür və bərpa olunması saatlar çəkir", - həkim deyib.
Eyni zamanda, beyinə gedən informasiya yükü daim artır. Mesajlar, xəbərlər, memlər, videolar — hər bir detal dopamin artımına səbəb olur, prefrontal korteksi aktivləşdirir və "zehni dialoq" işə başlayır. Hətta gecə xəbər lentinə beş dəqiqəlik nəzərə salmaq belə beyni "yuxu" rejimindən "oyanma" rejiminə keçirir. Yenidən yuxuya getmək üçün orta hesabla 60-90 dəqiqə çəkir. (Publika.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












