Hərbi xidmətə çağırılanlarla bağlı mühüm açıqlama – Nazirlik xəbər yaydı

Hərbi xidmətə çağırılan bəzi vətəndaşlar yekun tibbi müayinədən keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, tibbi şəhadətləndirmə zamanı “B”, “Ç”, “C” və “D” kateqoriyaları üzrə rəy verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.
Yekun müayinə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Müayinələr Mərkəzi Hərbi-Həkim Komissiyasının “Tibbi şəhadətləndirmə” altsisteminə daxil etdiyi göndəriş əsasında elektron növbəlilik qaydasında həyata keçirilir.
Çağırışçıların sağlamlıq vəziyyəti Mərkəzdə müxtəlif istiqamətlər üzrə ətraflı yoxlanılır. Burada qan analizi, göz və qulaq müayinələri, BERA testi, spirometriya, ultrasəs, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələr aparılır.
Qeyd edək ki, “B” kateqoriyası sıradankənar həqiqi hərbi xidmətə yararlılığı, “Ç” sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsızlığı, “C” dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlılığı, “D” isə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlığı ifadə edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












