İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ

Son illərdə qəbul və qiymətləndirmə imtahanlarının mahiyyəti ilə bağlı müzakirələr daha da aktuallaşıb. Məhz elə bununla bağlı təhsil naziri Emin Əmrullayev çıxışında imtahan suallarının məqsədi ilə bağlı mühüm məqamlara toxunub. Nazir qeyd edib ki, bəzi hallarda suallar bilik və bacarıqları obyektiv şəkildə ölçməkdən daha çox iştirakçıları çaşdırmağa yönəlir. Bu isə həm abituriyentlər, həm də magistratura səviyyəsində imtahan verənlər üçün əlavə psixoloji gərginlik yaradır və qiymətləndirmənin ədalətliliyinə dair suallar doğurur.
Abituriyent və magistr imtahanları ölkənin təhsil sistemində mühüm rol oynadığından, bu mövzu geniş ictimai maraq kəsb edir. Bu baxımdan imtahan suallarının məzmunu və formatı ilə bağlı məsələlər də diqqət mərkəzindədir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, sualların hazırlanması zamanı sualı tərtib edən şəxs öz bilik səviyyəsini qarşı tərəfə nümayiş etdirmək məqsədi güdməməlidir:

“Nəzərə alınmalıdır ki, bu sualları cavablayanlar şagirdlərdir. Şagirdlərdən çox onlara dərs deyən müəllimləri birbaşa hədəf kimi göstərmək, yəni “mən müəllimlərdən daha bacarıqlıyam” prinsipi ilə sual hazırlamaq yanlış yanaşmadır. Bu səbəbdən suallar hazırlanarkən çaşdırıcı məqamlardan uzaq durulmalı, konkret olaraq hər hansı fənn üzrə zəruri biliklər yoxlanılmalıdır. Məsələn, biologiya fənni üzrə verilən sualda əlavə olaraq riyaziyyat, az qala azərbaycan dili fənni ilə də inteqrasiya olunan sual soruşulur. Mövzudan kənar çətinliklər yaradılması düzgün hesab olunmur. Sualları hazırlayan şəxslər konkret fənn çərçivəsində qalmalı və şagirdlərin bilik səviyyəsini ölçmək üçün uyğun tapşırıqlar təqdim etməlidirlər. Fizikadırsa fizika, coğrafiyadırsa coğrafiya, kimyadırsa kimya üzrə biliklər yoxlanılmalıdır. Bu yanaşma tətbiq edildikdə, yəni çaşdırıcı suallardan istifadə olunmadıqda, şagirdlərin daha obyektiv qiymətləndirilməsi mümkün olur. Onların müəyyən mövzu üzrə bilik və bacarıq səviyyəsini daha dəqiq müəyyənləşdirmək olur. Əks halda belə sualların daxil edilməsi həm qiymətləndirmə prosesini çətinləşdirir, həm də daha yaxşı nəticə göstərən şagirdlərin seçilməsində problemlər yaradır. Buna görə də suallar tərtib edilərkən şagirdlər cavablandırma prosesində əlavə çətinliklərlə üzləşməməli, mövcud bilikləri əsasında sualları rahat şəkildə cavablandıra bilməlidirlər. Bu kimi hallar demək olar ki, bütün fənlər üzrə müşahidə olunur. Ona görə də bu istiqamətdə müvafiq göstəriş və tapşırıqların verilməsi vacib hesab olunur”.
Nurcan Babək
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ












