"İnsanlar bölgələrdə iş tapsa, Bakıda tıxac da azalacaq"

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçirilməsi müzakirə edilir.
Maraqlıdır, bu, paytaxtda tıxacın azalmasına səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bunlar da tıxacın qarşısını almayacaq:

"Çünki tıxac daha qlobal bir problemdir. Bu problemin həlli üçün alternativ yolların çəkilməsi, dəniz üzərindən nəqliyyat marşrutlarının yaradılması və ya körpü infrastrukturunun daha müasir, çoxmərtəbəli, asma tipli modellərlə inkişaf etdirilməsi daha effektiv nəticə verə bilər. Digər vacib məsələ isə Bakının yükünün azaldılması istiqamətində addımların atılmasıdır".
Millət vəkilinin fikrincə, regionların inkişafı və sahibkarlığın dəstəklənməsi vacibdir ki, insanlar yaşadıqları bölgələrdə iş tapa bilsinlər:
"İnsanlar regionlarda məşğulluq imkanları əldə etdikcə, paytaxta axın da azalacaq. Nəticə etibarilə, əhali sıxlığı azaldıqca tıxac probleminin də müəyyən dərəcədə aradan qaldırılması mümkün olacaq".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












