Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR - Prezident bu tapşırığı VERİB

Keçmiş məcburi köçkünlərimiz üçün şad xəbər var. İşğaldan azad edilmiş ərazilərdə keçmiş köçkünlərə ayrılmış yaşayış sahələri onların mülkiyyətinə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Prezidentin tapşırığının icrası olaraq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” Fərman layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Yeni layihəni şərh edən millət vəkili Məşhur Məmmədov bildirib ki, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi yalnız insanların öz yurdlarına dönməsi deyil, həm də onların doğma torpaqlarında tam hüquqlu və təhlükəsiz həyat qurması deməkdir:\Oxu24.com
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












