Maştağada qəsəbədaxili yol niyə hələ də təmir olunmur? - VİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində məhəllədaxili yol uzun müddətdir təmir olunmur. Yolun kələ-kötür olması səbəbindən əraziyə həm təcili tibbi yardım maşınlarının daxil olması çətinləşib, həm də fiziki məhdudiyyətli şəxslərin hərəkəti qeyri-mümkün hala gəlib. Vətəndaşlar bir neçə dəfə yolu öz vəsaitləri hesabına təmir etdirsələr də, problem tam şəkildə aradan qalxmayıb.
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, fiziki məhdudiyyətli sakin isə yolun vəziyyəti səbəbindən dövlət tərəfindən verilən avadanlığın sıradan çıxdığını bildirir:
"Yol dəfələrlə tərəfimizdən abadlaşdırılıb. Amma yenə də yağışdan, qardan sonra yol bərbad vəziyyətə düşür. Üç il öncə icra hakimiyyətinə müraciət etmişdim, cavabsız qaldı. Dövlət tərəfindən motorlu araba ilə təmin olundum. Həmin araba bu yollarda çox davam edə bilmədi, maksimum bir il istifadə edə bildim, daha sonra yararsız vəziyyətə düşdü".
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağa qəsəbəsində də qəsəbədaxili yolların asfaltlaşdırılması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












