Məşhur platformada kritik sızma – 340 milyon insanın bank məlumatları təhlükədə

Dünyanın ən məşhur onlayn platformalarından biri ətrafında ciddi kibertəhlükəsizlik qalmaqalı yaranıb. Avtosfer.az xəbər verir ki, hakerlər OnlyFans platformasının sındırıldığını və təxminən 340 milyon istifadəçinin məlumatlarının internetə sızdırıla biləcəyini iddia ediblər. Məlumata görə, mümkün sızma nəticəsində elektron poçt ünvanları, telefon nömrələri, istifadəçilərin əlaqələndirdiyi sosial şəbəkə hesabları, profil məlumatları və bank kartlarına aid bəzi məlumatlar təhlükə altına düşüb. Hakerlər məlumat bazasının artıq qapalı forumlarda yayıldığını bildiriblər. Hazırda platforma rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərə hesab şifrələrini dəyişməyi, iki mərhələli qoruma sistemini aktivləşdirməyi və bank əməliyyatlarını diqqətlə izləməyi tövsiyə edirlər.(musavat.com)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












