Onlara maaşlarının 6 misli həcmində birdəfəlik haqq veriləcək

Diplomatların pensiyaya çıxması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir.
Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan başqa, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin də tətbiqi nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və əlavələri “Dövlət qulluğu haqqında” Qanunun 33-4-cü maddəsində müəyyən edilən şərtlərə uyğun formalaşdırılacaq.
Xidməti fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməyinin ödənişi diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla müəyyən ediləcək. Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər diplomatik vəzifədə müvəqqəti çalışan şəxslərin aylıq maaşı həmin vəzifənin birinci ödəniş pilləsi üzrə maaşın 50 faizi həcmində müəyyən ediləcək. Qanun layihəsində pensiya yaşına çatdığına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir.
Belə ki, diplomatik xidmət orqanı əməkdaşına diplomatik xidmətdə son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik haqq veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












