Özəl sektorda çalışanların maaşlarından vergi hansı qaydada tutulacaq? – Nazirdən AÇIQLAMA

“Vergi güzəştin müddətinin bitməsi ilə bağlı hökumətdə geniş müzakirələr aparıldı və və bir neçə variant mövcud idi.
Lakin cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün və yumşaq keçidin müəyyən edilməsi məqsədəuyğun hesab edilib”.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bu çərçivədə qeyri-neft, qaz özəl sektorda əmək haqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif edilib. Belə ki, 2500 manatadək əməkhaqları 2028-ci ildə - hətta 7 faiz vergiyə cəlb olunduğu dövrdə belə - bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14 faiz dərəcə ilə müqayisədə yenə də aşağıdır.
Bu keçidin 3 il ərzində həyata keçirilməsi prosesin tam yumşaq şəkildə idarə olunması üçün imkanlar yaradır”, - deyə Mikayıl Cabbarov əlavə edib.
Nazir bildirib ki, bütövlükdə iqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir:
“Ələt iqtisadi zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, kənd təsərrüfatı sektoru dövlət-özəl tərəfdaşlığı layihələri və bu kimi istiqamətlərdə çoxsaylı və geniş vergi güzəştləri mövcuddur”./bizim.media
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
Qızıl, depozit, daşınmaz əmlak: Hansı daha təhlükəsiz və sərfəlidir?
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO










