Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata

Moskvada elit yaşayış kompleksində yerləşən bir parkinq yeri rekord qiymətlə satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, Moslenta-nın yaydığı məlumata görə, söhbət Patriarşı gölləri yaxınlığında tikilən elit yaşayış kompleksində yerləşən yeraltı parkinqdən gedir. Buradakı bir maşın yeri 45,6 milyon rubla (təxminən 958 min manat) satışa çıxarılıb ki, bu da üçotaqlı mənzilin qiymətinə bərabərdir. Daşınmaz əmlak bazarı nümayəndələrinin sözlərinə görə, həmin "de luxe" sinifli yaşayış kompleksində parkinq yerlərinin qiyməti 22,3 milyon rubldan (təxminən 468 min manat) başlayır. Analitiklər bildirirlər ki, hazırda Moskvanın yeni tikililərində bir maşın yerinin orta qiyməti təxminən 3,8 milyon rubl (təxminən 80 min manat) təşkil edir. Ən ucuz variantları isə Yeni Moskva ərazisində təxminən 468 min rubla (təxminən 10 min manat) tapmaq mümkündür.(Musavat.com)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












