Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur".
Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım faizinə uyğun indeksləşdirilir.
O qeyd edib ki, 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi ilin sonuna yaxın dəqiqləşəcək. Müvafiq rəsmi məlumatların 2027-ci ilin fevralında açıqlanacağı gözlənilir:
"Pensiyaların artırılmasının konkret faizi də həmin göstərici əsasında müəyyənləşəcək. Yeni mexanizmə əsasən, pensiya məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallar tətbiq ediləcək. Bu yanaşmanın məqsədi nisbətən aşağı pensiya alan vətəndaşların daha yüksək məbləğdə pensiya alanlarla müqayisədə daha çox artım əldə etməsini təmin etməkdir.
Yeni qaydanın bütün növ əmək pensiyalarına - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalara şamil edilməsi nəzərdə tutulur.
2027-ci ildə pensiyaların artım faizi hələlik məlum olmasa da, artımın hesablanmasında əsas göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının nominal artım səviyyəsi olacaq. Fərqli əmsalların tətbiqi isə pensiya məbləğindən asılı olaraq artımın həcminə təsir göstərəcək".
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?












