Pensiya ilə bağlı mühüm xəbər

Pensiya yaşı məsələsi son illərdə cəmiyyətdə ən çox müzakirə olunan sosial mövzulardan birinə çevrilib. Əhalinin bir qismi mövcud pensiya yaşını yüksək hesab edir və bu sahədə dəyişikliklərin zəruri olduğunu vurğulayır. Digər tərəfdən isə iqtisadi reallıqlar pensiya sisteminin gələcəyi ilə bağlı narahatlıq doğurur.
Bəs mövcud şəraitdə pensiya sisteminin taleyi necə görünür? Gələcəkdə pensiyanın ləğvi mümkündürmü?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, pensiya yaşı və ümumiyyətlə pensiya sisteminin gələcəyi yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi müzakirə olunan mövzudur.
Onun fikrincə, pensiyaların tam şəkildə ləğv olunması çox da real görünmür:
“Çünki istənilən ölkədə dövlət yaşlı vətəndaşlarının minimal gəlirini təmin etməyə borcludur. Ancaq pensiya sisteminə alternativ sistemlər yaradıla bilər. Məsələn, fərdi pensiya fondlarının təşkil edilməsi, yığım sisteminin dəyişdirilməsi kimi və sair”.
İqtisadçı bildirib ki, Azərbaycanın hazırkı pensiya sistemi əsasən məcburi sosial sığorta prinsipi üzərində qurulub:
“İşləyən şəxslərin maaşından sosial sığorta haqqı tutulur və bu vəsait şəxsin hesabında pensiya kapitalı olaraq toplanır. Pensiya yaşı isə 2017-ci ildən etibarən tədricən artırılaraq hazırda qadınlar və kişilər üçün də 65 yaşdır. Əvvəlcə pensiya yaşının nə üçün artırıldığına aydınlıq gətirmək istərdim. Əsas səbəb işləyənlərin sayının azalmasıdır. Əgər işləyənlərin sayı azalıb, pensiyaçıların sayı artarsa, sistem təbii ki, çətinliklə üzləşəcək. Digər amil də, insanların orta ömür uzunluğunun artmasıdır. Hər iki halda ilk addım pensiya yaşının artırılması olur. Düşünürəm ki, bu yanaşma doğru deyil”.
V.Əhmədovanın fikrincə, pensiya yaşını durmadan artırmaqla fərdlərə sağlam pensiya müddəti təmin edilə bilməz:
“Çünki təqaüddə keçirilən illər, orta ömür uzunluğunun 25 faizindən az olmamalıdır. Məsələn, əgər ölkədə orta ömür uzunluğu 80 il idirsə, pensiya müddəti 20 ildən az olmamalıdır. Bu halda, təqribən 60 pensiya yaşı məqbul sayılır. Ölkəmizdə kişilərdə gözlənilən orta ömür uzunluğu 71,6, qadınlarda isə 76-dır. Eyni nisbətlə hesablasaq, təqaüddə keçirilən illər kişilər üçün 17,9 il, qadınlar üçün isə 19 ildən az olmamalıdır. Belə olan halda, pensiya yaşı kişilər üçün 53,7, qadınlar üçün 57 olmalıdır. Təəssüf ki, hazırda ölkəmizdə hesablanan pensiya müddəti qadınlar üçün 11,4 il, kişilər üçün isə cəmi 6,6 ildir. Bu səbəbdən, pensiya yaşını artırmaq əvəzinə, işləyənlərin sayını artırmaq lazımdır”.
İqtisadçı əlavə edib ki, əgər 1 pensiyaçıya düşən işləyənlərin sayı çox olarsa, sistem daha dayanıqlı hala gələr:
“Daha çox məşğulluq ümumi iqtisadiyyata müsbət təsir edir. Çıxış yolu kölgə iqtisadiyyatının azaldılması, ümumi məşğulluğun artırılması, qadınların əmək bazarında iştirakının genişləndirilməsi, ən əsası kiçik və orta biznesin önünün açılmasıdır”.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












