Pensiya ilə bağlı VACİB AÇIQLAMA: "Ödənişlərdə çətinlik yarana bilər"

Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də (ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün – red) istifadə etmək imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir.
Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sistemi buna uyğun deyil.
“Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir. Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir”.
Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:
“Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular”.
Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












