Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?

Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətlərində aparılan islahatlar fonunda, pensiya və sosial müavinətlərdə nəzərdə tutulan yeni dəyişikliklər cəmiyyətin ən çox maraq göstərdiyi mövzulardan biridir. Dövlət büdcəsinin sosial yönümlü xərclərinin ildən-ilə artması, xüsusilə minimum pensiya məbləğlərinin, yaşa görə müavinətlərin və həssas qruplara verilən dövlət ödənişlərinin mütəmadi olaraq indeksləşdirilməsi fərqli mexanizmlərin tətbiqini zəruri edir. Yeni mərhələdə sosial ödənişlərin təyinatı prosesində rəqəmsallaşmanın genişləndirilməsi, pensiya kapitalının formalaşdırılması şərtlərinin humanistləşdirilməsi və pensiya yaşının tənzimlənməsi ilə bağlı təkliflərin hüquqi müstəvidə dəyərləndirilməsi gözlənilir.
Bu dəyişikliklər təkcə vətəndaşların cari maddi təminatını artırmağa deyil, həm də uzunmüddətli dövrdə sosial sığorta sisteminin maliyyə dayonqlılığını tam təmin etməyə hədəflənib.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, dövlətin sosial siyasətində aparılan son dəyişikliklər pensiya təminatı sistemində ədalətlilik prinsiplərinin daha dərindən qorunmasına və inflyasiya təsirlərinin tam kompensasiya edilməsinə yönəlib: “Pensiya və sosial müavinətlərin artırılması, eləcə də bu sahədə yeni tənzimləmə mexanizmlərinin tətbiqi birbaşa olaraq ölkənin iqtisadi potensialının və büdcə gəlirlərinin yüksəlməsinə söykənir. Yeni dəyişikliklər çərçivəsində minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılması istiqamətində addımların atılması, həmçinin xüsusi kateqoriyalı vətəndaşların, əlilliyi olan şəxslərin müavinətlərinin optimallaşdırılması prioritet təşkil edir. İnflyasiya dərəcəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi və vətəndaşların əmək stajı ilə bağlı tələblərin yumşaldılması aztəminatlı ailələrin sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”.
Onun sözlərinə görə, sosial islahatların növbəti mərhələsində müavinətlərin vahid sistem üzərindən optimallaşdırılması və pensiya hüququ qazanmağın asanlaşdırılması daxili bazarda alıcılıq qabiliyyətinə də müsbət təsir göstərəcək: “Yeni gözlənilən hüquqi dəyişikliklər pensiya yaşına çatmış, lakin kifayət qədər pensiya kapitalı toplaya bilməyən vətəndaşlar üçün güzəştli keçid şərtlərinin yaradılmasını ehtiva edir. Bu, yaşa görə müavinət alan şəxslərin bir qisminin pensiya sisteminə daxil olmasına imkan verəcək ki, bu da onların daha yüksək aylıq gəlir əldə etməsi deməkdir. Eyni zamanda, çoxuşaqlı analar, zərərli işlərdə çalışanlar və şəhid ailələri üçün nəzərdə tutulan xüsusi müavinətlərin differensiallaşdırılması və məbləğlərinin artırılması dövlətin sosial rifah modelinin miqyasını göstərir. Bu cür struktur islahatları sosial ədalətin bərqərar olması və əhalinin real gəlirlərinin qorunması baxımından müstəsna iqtisadi əhəmiyyət kəsb edir” (nocomment.az).
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












