Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Faiz və məbləğ açıqlandı

Azərbaycanda pensiyaların növbəti dəfə indeksləşdirilməsi ilə bağlı gözləntilər artır. 2027-ci ildə pensiyaların neçə faiz yüksələcəyi, artımın hansı iqtisadi göstəricilər əsasında hesablanacağı və bu dəyişikliklərin pensiyaçıların aylıq gəlirlərinə nə qədər təsir göstərəcəyi maraq doğurur. Bəs gələn il pensiyalarda artım neçə faiz təşkil edə bilər?
Mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2027-ci il üzrə pensiyaların indeksləşdirilməsinin dəqiq faizi hələ müəyyənləşdirilməyib. Onun sözlərinə görə, hazırkı göstəricilər əsasında 7–8 faizlik artım mümkün ssenari kimi görünür.
Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir:
“Bu baxımdan, 2027-ci ildə pensiyaların artımının əsas göstəricisi 2026-cı ilin yekun əməkhaqqı artımı olacaq. Pensiya kapitalının isə istehlak qiymətləri indeksinə, yəni inflyasiyaya uyğun indeksləşdirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 2026-cı ildə pensiyalar 9,3 faiz artırılıb. Sentyabrın 1-nə olan göstəriciyə əsasən, ölkə üzrə orta aylıq pensiya 596 manat, yaşa görə orta pensiya isə 634 manat təşkil edib.
Əgər 2027-ci ildə indeksləşmə 7 faiz olarsa, 596 manatlıq orta pensiya təxminən 41,7 manat artaraq 638 manata, 634 manatlıq yaşa görə orta pensiya isə 44,4 manat yüksələrək 678 manata çatacaq.
İndeksləşmə 8 faiz təşkil edərsə, orta pensiyada artım təxminən 47,7 manat, yaşa görə orta pensiyada isə 50,7 manat olacaq.
Akif Nəsirlinin sözlərinə görə, burada inflyasiya amili də nəzərə alınmalıdır. 2026-cı ildə inflyasiyanın təxminən 6 faiz ətrafında formalaşması halında 7–8 faizlik nominal pensiya artımının real alıcılıq qabiliyyətinə təsiri daha məhdud ola bilər.
Beləliklə, hazırkı hesablamalara əsasən, 2027-ci ildə pensiyalarda 7–8 faizlik artım ssenarisi gündəmdədir. Yekun artım faizi isə 2026-cı ilin tam illik əməkhaqqı statistikası formalaşdıqdan sonra dəqiqləşəcək./konkret.az
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












