Pensiyaya çıxan vətəndaşlarla bağlı VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.
Bəs bunun əsas səbəbləri nələrdir?
Avtosfer.az xəbər verir ki mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, inkişaf etmiş ölkələrdə insanların pensiyaya çıxmağa üstünlük verməsinin əsas səbəblərindən biri pensiya fondlarında topladıqları vəsaitdən istifadə ilə bağlı daha geniş seçim imkanlarına malik olmalarıdır.
Onun sözlərinə görə, həmin ölkələrdə vətəndaşların pensiya təminatı minimum yaşayış səviyyəsini qarşıladığı üçün insanlar təqaüd dövrünü daha rahat planlaşdıra bilirlər:
“Bir sıra ölkələrdə vətəndaşlar ona görə pensiyaya tez çıxmaq istəyirlər ki, illərlə pensiya fonduna topladıqları kapital üzərində sərbəst qərar vermək imkanları var. Onların pensiya təminatı minimum yaşayışını təmin edən səviyyədə olur. Məsələn, əgər bir şəxsin hesabında illər ərzində 100 min manat vəsait toplanıbsa, həmin pulu necə dəyərləndirəcəyinə özü qərar verir. Bu pulları müxtəlif illərə bölə, investisiya edə və ya başqa formada xərcləyə bilər”.
İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda isə vətəndaşların pensiya fonduna ödədikləri vəsait üzərində belə bir sərbəstlik mövcud deyil:
“Çox təəssüf ki, bizdə bu sistem yoxdur. Hətta bəzi hallarda vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişirsə, illərlə fonda ödədiyi vəsaitdən özü də, ailəsi də yararlana bilmir. Halbuki həmin vəsait onun şəxsi puludur. Bir sıra ölkələrdə bu vəsaitlər banklarda depozit kimi yerləşdirilir, əlavə gəlir əldə olunur. Azərbaycanda isə belə imkanlar yoxdur.
Pensiyaya çıxan insanların əksəriyyətinin aldığı təqaüd onların bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. Buna görə də insanlar çalışırlar ki, işləməyə davam etsinlər və əlavə gəlir qazansınlar. Faktiki olaraq, bir çox vətəndaş pensiya yaşına çatsa belə, maddi səbəblərdən əmək fəaliyyətini dayandıra bilmir”.
Ekspertin fikrincə, pensiya sistemində vətəndaşların topladıqları vəsait üzərində daha geniş hüquqlara malik olması və pensiya təminatının gücləndirilməsi gələcəkdə insanların təqaüdə çıxmağa münasibətini dəyişə bilər.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










