Piyadalar bütün keçidlərdən düzgün istifadə etməyi bacarmır – Aqil Rəhimov

Şəhər mühitində yol hərəkətinin təhlükəsizliyi yalnız sürücülərdən deyil, piyadaların davranışından da birbaşa asılıdır. Piyada keçidləri – istər yerüstü, istər bərabərsəviyyəli, istərsə də yeraltı – insanların yolu təhlükəsiz şəkildə keçməsi üçün yaradılıb. Lakin müşahidələr göstərir ki, bir çox hallarda piyadalar bu imkanlardan düzgün istifadə etmir, ya ümumiyyətlə keçidlərdən yan keçir, ya da mövcud qaydaları nəzərə almadan hərəkət edirlər. Bu cür yanaşma həm piyadaların həyatını risk altında qoyur, həm də ümumi yol hərəkəti sistemində nizamsızlığa səbəb olur.
Məsələ ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, istər yerüstü, istərsədə yeraltı keçidlərdən istifadə qaydaları piyadalar tərəfindən düzgün yerinə yetirilmir:

“Yerüstü və yeraltı piyada keçidləri var. Amma piyadalar onlardan istifadə etmirlər, mövcud piyada keçidlərindən də düzgün istifadə etmirlər. Bu hal həm paytaxtda, həm də bölgələrdə müşahidə olunur. Piyadalar haradan gəldi yolu keçirlər. Əyri şəkildə, diaqonal üzrə keçirlər. Piyada keçidlərindən istifadə etmək istəmirlər. Bundan əlavə, piyada keçidlərindən istifadə edənlər də çox vaxt qaydalara əməl etmirlər. Bir çox piyadalar elə düşünür ki, svetoforun işıqlarından asılı olmayaraq piyada keçidi həmişə üstündür. Halbuki nizamlanan piyada keçidində, əgər sürücüyə yaşıl işıq yanırsa, piyada yolu keçməməlidir. Onlar ürəkdən inanırlar ki, piyada keçidi varsa, hər zaman keçmək olar. Nəticədə həm haradan gəldi keçirlər, həm də piyada keçidlərindən istifadə edərkən qaydaları pozurlar. Söhbət məhz mövcud piyada keçidlərindən düzgün istifadə edilməməsindən gedir. Maarifləndirmə işləri davam etdirilməlidir. Piyadalar cərimələnməlidir. Piyadalar tərəfindən edilən qayda pozuntularına görə cərimələr artırılmalıdır”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












