Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 2300 AZN-dək

İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və inkişaf işləri bölgədə məşğulluq imkanlarını genişləndirməyə davam edir. Həyata keçirilən iri tikinti, infrastruktur və xidmət layihələri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə yeni vakansiyalar açılıb. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, hazırda bölgənin bir sıra şəhər və qəsəbələrində fərqli ixtisaslar üzrə işçi axtarışı aparılır. Vakansiyalar texniki, xidmət, inzibati və digər sahələri əhatə edir. Təklif olunan əməkhaqqı namizədin peşə bacarıqları və iş təcrübəsinə uyğun olaraq təyin edilir. Maaşlar 450 manatdan başlayaraq 2300 manatadək dəyişir. Müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifənin adının qeyd olunması tələb olunur. CV-si olmayan şəxslər üçün də xüsusi imkan yaradılıb. Vətəndaşlar cvyarat.az platforması üzərindən qısa müddətdə və ödənişsiz şəkildə CV hazırlayaraq vakansiyalara müraciət edə bilərlər.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












