Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı

Son illərdə artan iqlim dəyişikliyi və qış aylarında bəzən havaların həddindən artıq mülayimləşməsi təkcə ətraf mühit və sağlamlıq problemlərinə deyil, həm də geoloji suallara yol açıb. Belə ki, bir çoxları belə fikirləşirlər ki, əgər qış fəslində hava qəfil istiləşirsə, deməli, zəlzələ ola bilər.
Hava proqnozlarına baxanda da fevral ayında Azərbaycan üçün xarakterik olmayan mənzərə ilə qarşılaşırıq: bu gün üçün 20, sabah üçün 23 dərəcə.
Avtosfer.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli Oxu.az-a açıqlamasında bildirib ki, zəlzələlər, adətən, yerin bir neçə kilometr dərinliyində olur:
"Ona görə də yerin üstündə baş verən hadisələr zəlzələlərin olması üçün əsas səbəb deyil. Yəni zəlzələləri əmələ gətirən mexanizmlər tamamilə fərqlidir və havanın ona heç bir təsiri yoxdur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












