Sığortada sürpriz dəyişiklik: Sürücüləri nələr gözləyir?

Xəbər verdiyimiz kimi, sığorta ilə bağlı yeni qərarlar tətbiq olunacaq. Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.
Avtosfer.az redaktor.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sığorta məsələsində hər kəs öz məsuliyyətini dərk etməli və törətdiyi əmələ görə özü cavab verməlidir:

"Əgər sükan arxasında olan şəxs qəza törədirsə, xüsusilə burada söhbət hüquqi şəxslərdən gedirsə, şirkət niyə başqa bir sürücünün törətdiyi hadisəyə görə məsuliyyət daşımalıdır? Bu baxımdan yanaşmanı tamamilə doğru hesab edirəm. Hər kəs öz əməlinə görə cavab verəcək və bu, ən normal yanaşmadır. Sadəcə, sığorta ilə bağlı sürücüləri narahat edən əsas məsələlər hələ də qalır. Onlardan biri sığorta ödənişləri zamanı süründürməçilik hallarının davam etməsidir. Digər vacib problem isə sığorta məbləğinin aşağı olmasıdır. Sürücülər hesab edirlər ki, indiki dövrdə avtomobillərin qiyməti kifayət qədər bahadır, ehtiyat hissələrinin dəyəri yüksəkdir, amma sığorta ödənişlərinin limiti bir çox hallarda 5000 manatı belə qarşılamır. Bu isə xüsusilə ciddi qəzalarda yaranan xərclərin tam ödənilməsinə imkan vermir".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












