Sülh müqaviləsinin imzalanması regiona hansı təsir göstərəcək? – Politoloqdan ŞƏRH

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.
Sənəd ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanacaq.
Avtosfer.az xəbər verir ki, müqavilə imzalanacağı təqdirdə, uzun illərdir davam edən münaqişə rəsmi şəkildə başa çatacaq və iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyacaq.
Sülh sazişinin bölgədə iqtisadi əməkdaşlıq, sərhədlərin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və humanitar əlaqələrin inkişafı kimi bir sıra müsbət nəticələr doğuracağı gözlənilir. Eyni zamanda, prosesin uğurla yekunlaşması regionda sabitliyin möhkəmlənməsi və beynəlxalq sərmayələrin artmasına da zəmin yarada bilər.
Bəs sülh müqaviləsinin imzalanması regiona hansı təsir göstərəcək? Qafqazda vəziyyət necə olacaq?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanması, şübhəsiz ki, bütün region üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir və Cənubi Qafqazda uzun illərdir davam edən münaqişənin sonlandırılması baxımından böyük önəm daşıyır:

Bu, artıq bölgədə yeni bir səhifənin açılması, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə, eləcə də bu günə qədər bağlı qalmış bir çox layihənin reallaşdırılması imkanlarının artması deməkdir. Bu hadisə təkcə bölgə ölkələri üçün deyil, ümumiyyətlə dünya miqyasında da mühüm əhəmiyyətə malikdir.
Şərqdən Qərbə doğru olacaq bütün nəqliyyat qovşaqlarının daha rahat şəkildə Cənubi Qafqazdan keçməsinə böyük təminat yaradacaq. Eyni zamanda, üç Cənubi Qafqaz ölkəsinin birlikdə “Qafqaz evi” layihəsi çərçivəsində hərəkət etməsi ki, bu, cənab Prezidentin ən mühüm təşəbbüslərindən biridir regionun gələcəyinə ciddi təsir göstərəcək. Bundan sonra üç Cənubi Qafqaz ölkəsinin gücləndirilməsi istiqamətində birgə addımların atılması da gözlənilir”.
Politoloq əlavə olaraq qeyd edib ki, Azərbaycanın inkişafı baxımından da çox əlverişli bir dövrə qədəm qoyulub:

“Çünki bu günə qədər torpaqlarımızın işğal altında olması və Ermənistan ilə davam edən müharibə vəziyyəti ölkəmizin daha güclü və yaxşı inkişaf yoluna çıxmasına mane olurdu. Bizim birinci prioritetimiz təbii ki, bu məsələ idi və bütün diqqətimizi ona yönəltmişdik. İndi isə bu məsələ artıq həll olunduğuna görə, Azərbaycan öz gücünü daha çox inkişafa və möhkəmlənməyə yönəldə biləcək.
Bu, istər ölkəmiz, istər region, hətta bütün dünya ölkələri baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq deyə bilərik ki, bizim üçün bu bölgədə daha da güclənməyin, inkişaf etməyin yeni bir səhifəsi açılır və bu, Azərbaycan üçün həqiqətən də yeni bir dövrün başlanğıcıdır”.
Eltac Zülfüqaroğlu
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












