Sürücüləri canından bezdirən yol - VİDEO

Masazır qəsəbəsində minlərlə sakinin istifadə etdiyi alternativ yol yararsız vəziyyətdədir. Söhbət Masazır dairəsinə daxil olmadan birbaşa Novxanı və Sumqayıt istiqamətinə çıxışı təmin edən yoldan gedir. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Vətəndaşların müraciəti əsasında əraziyə baxış keçirilib. Sakinlərin sözlərinə görə, illərdir təmir olunmayan yol həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, yolun bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım briqadaları ünvana gecikir, taksi sürücüləri isə əraziyə sifariş götürməkdən imtina edir. Qeyd edək ki, bu yoldan 3 və 4 nömrəli məktəblər, "Yeni Bakı" yaşayış kompleksi və "Qurtuluş-93" yaşayış kompleksi istiqamətində hərəkət edən sakinlər istifadə edirlər. Ərazidə çəkiliş zamanı 517 saylı sərnişin avtobusunun və yük avtomobillərinin də bu yoldan istifadə etdiyi müşahidə olunub. Sakinlərin sözlərinə görə, yolun təmiri Masazır dairəsində yaranan sıxlığın da azalmasına kömək edə bilər. Çünki sürücülər yolun vəziyyətinə görə alternativ istiqamətdən istifadə edə bilmir və əsas yolda əlavə yük yaranır. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə olmayıb. Sakinlər problemin tezliklə həll olunmasını gözləyirlər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












