Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Uzun tıxaclarda, xüsusilə Bakıya istiqamətlənmiş yollarda dəfələrlə şahidi olduğumuz bir mənzərə var: gözləməyə səbri çatmayan sürücülər əks yolu boş görən kimi zolağı dəyişib ön sıralara keçirlər. Sürətlə əks yolu keçib tıxacın önündəki cərgədə azacıq boşluq görən kimi sözün əsl mənasında soxulurlar. Bu, həm qaydalara ziddir, həm təhlükəlidir, çünki azacıq gecikmə və ya naşılıq qəzaya səbəb ola bilər, həm də ümumilikdə etik deyil, yol hərəkəti mədəniyyətinə ziddir. Tıxacda hamının səbri bir nöqtədən sonra tükənir. Amma bu, əks hərəkət zolağına çıxaraq bir neçə avtomobili ötüb önə keçməyə haqq vermir.
Bəs tıxacda bir neçə dəqiqə qazanmaq naminə insanların həyatını riskə atmaq, başqalarının hüququnu pozmaq sadə yol-nəqliyyat qaydası pozuntusudur, yoxsa avtoxuliqanlıq?
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə bu qəbulolunmaz davranış sadə qayda pozuntusudur, amma şəraitdən və davranışın xarakterindən asılı olaraq avtoxuliqanlıq kimi də hüquqi qiymət ala bilər. İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində avtoxuliqanlıq belə təsvir olunur: sürücünün ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozulması ilə müşayiət olunan qərəzli hərəkətləridir.
İlk baxışda qeyd etdiyimiz hərəkətdə də ictimai qaydanın nümayişkaranə şəkildə pozulması və açıq hörmətsizlik də var. Amma avtoxuliqanlıq adətən daha ağır xarakterli davranışları əhatə edir. Məsələn: qəsdən kobud şəkildə təhlükəli idarəetmə, digər şəxslərin, əhalinin, piyadaların təhlükəsizliyini ciddi risk altına qoyan hərəkətlər – drift, sürətli yarış təşkil etmə, digər sürücüləri sıxışdırmaq və s. kimi davranışlar nəzərdə tutulur. Yəni yalnız tıxacdan yayınmaq üçün əks yola çıxmaq özü-özlüyündə hər zaman avtoxuliqanlıq kimi qiymətləndirilmir. Lakin bu hərəkət digər ağır və qəsdən təhlükəli davranışlarla birlikdə baş verərsə və qanunda nəzərdə tutulan avtoxuliqanlıq əlamətlərini daşıyarsa, həmin maddə ilə də qiymətləndirilə bilər. Yeri gəlmişkən, avtoxuliqanlığa görə qanunla 500-750 manat cərimə və sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması və ya işin hallarından asılı olaraq 15 gündən 1 ayadək inzibati həbs və sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılma cəzası gözlənilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












