Taksiyə 375 manat icbari sığorta haqqı niyə gəlib? - AÇIQLAMA

Sosial şəbəkələrdə taksi fəaliyyətində istismar edilən avtomobilin icbari sığorta haqqının məbləği müzakirələrə səbəb olub. Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, taksi sürücülərindən biri 2021-ci il istehsallı “Khazar SD” markalı minik avtomobilinin icbari sığorta müqaviləsi üçün 375 manat ödənilməsi bildirilib. O, ötən il eyni avtomobilini eyni sığorta şirkətində 76 manata sığortaladığını söyləyib. Bu il icbari sığorta haqqının bu qədər artmasının isə səbəbini bilmədiyini qeyd edib.
Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə!
Məsələ ilə bağlı sığorta eksperti Emil Ağabağırov açıqlamasında sığorta haqqının yüksəlməsini sığorta hadisəsi ilə əlaqələndirib:
“Ola bilsin ki, həmin şəxsin nə vaxtsa qəza hadisəsi baş verib və buna görə də sığorta qiymət də artıb. Daha sonra taksi fəaliyyəti ilə 1.5 yeni əmsal da tətbiq edilib və yekunda sığorta haqqı 375 manat təşkil edib”.
Ekspert bildirib ki, icbari sığorta haqqı üçün standart qiymət yoxdur, məbləğ dəymiş zərərin həcminə və qəzaların sayına görə müəyyən olunur:
“Yəni bu qiymət 150-200 manat da təşkil edə bilərdi”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq edilir.
AMB-nin baş direktoru Şahin Mahmudzadə deyib ki, mövcud qaydaya görə bir şəxs qəza edibsə, onun zərərlilik əmsalı artır. Onun sözlərinə görə, ümumilikdə taksi kimi sürülən avtomobilin qət etdiyi məsafə ilə digər avtomobilin qət etdiyi məsafə fərqlidir. Taksi gündə 150-200 km, adi maşın isə 20-30 km gedir. Avtomatik olaraq qəza ehtimalı daha yüksəkdir. Əlavə əmsalın tətbiqi də burdan qaynaqlanır.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












