“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” elektron ticarət platformasının Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırma aparılır. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings” şirkəti barəsinə iş qaldırıb. Məlumata görə,“PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub. Agentlik bildirib ki, bu hərəkətlər Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması deməkdir. “Daxil olmuş müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma davam etdirilir” - deyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında bildirilir.
Bəs araşdırmanın nəticəsi “Temu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması ilə nəticələnə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Bakupost”a iqtisadçı Eldəniz Əmirov bildirib ki, hazırkı vəziyyətdə belə bir addım müzakirə olunmur.Onun sözlərinə görə, platformanın bağlanması istehlakçılar üçün mənfi nəticələr yarada bilər:
“Bunun dayanması birmənalı olaraq Azərbaycan vətəndaşları üçün zərərlidir. Çünki bundan insanlar istifadə edir. Rəqabət Məcəlləsi hansısa şirkətin fəaliyyətinin birbaşa dayandırılmasına yox, rəqabət mühitinin formalaşmasına xidmət etməlidir”.
İqtisadçı qeyd edib ki, araşdırma zamanı qanun pozuntuları təsdiqlənərsə, ilk növbədə maliyyə sanksiyaları tətbiq oluna və ya rəqabəti pozan halların aradan qaldırılması tələb edilə bilər:
“Platformanın fəaliyyətinin tam dayandırılması çox ciddi addım olardı və bunun baş verəcəyini düşünmürəm. Fikrimcə, təkcə “Temu” ilə bağlı deyil, ümumiyyətlə həm istehlakçı hüquqlarının pozulması yönündə, həm də rəqabət mühitinin pozulması istiqamətində istənilən davranış ən sərt şəkildə cəzalandırılmalıdır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












