Tramp və Putin Zəngəzur dəhlizini müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Alyaskada görüş zamanı Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat marşrutu olan Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edə bilərlər.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatsky deyib.
"Rusiya Federasiyası və ABŞ prezidentlərinin ikitərəfli görüşündə Zəngəzur dəhlizinə nəzarət məsələsinə də baxılacaq", - o, qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və iki Cənubi Qafqaz Respublikası arasında nəqliyyat dəhlizinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Nəqliyyat dəhlizi Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu adlanacaq. Ermənistan ABŞ-yə bu dəhlizi idarə etmək hüququnu 99 il müddətinə verib.(unikal)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












