Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycanda bələdiyyə torpaqlarının satışı və uzunmüddətli icarəyə verilməsi ilə bağlı növbəti hərracın tarixi açıqlanıb.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, torpaq müsabiqələri və hərracları 12 avqustda keçiriləcək.
Bu dəfə ölkənin müxtəlif rayonlarını əhatə edən ümumilikdə 29 torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri əsasən kənd təsərrüfatı fəaliyyəti, heyvandarlıq, bağçılıq, fərdi yaşayış evi tikintisi və sahibkarlıq məqsədləri üçün nəzərdə tutulub.
Hərraca çıxarılan torpaqlar Xızı, Siyəzən, Zərdab, Goranboy, Şabran, Xaçmaz, Cəlilabad, Yardımlı, Qobustan, Qax və Balakən rayonlarını əhatə edir.
Ən böyük torpaq sahəsi Xızı rayonunun Sitalçay kəndində yerləşən 110 hektarlıq örüş sahəsidir. Bu ərazi 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə veriləcək. İlkin hərrac qiyməti isə 5 940 manat müəyyən edilib.
Hərracda fərdi yaşayış evi tikintisi üçün də bir neçə torpaq sahəsi satışa çıxarılıb. Belə ki, Xaçmaz rayonunun Nağıoba kəndində 430 və 1200 kvadratmetrlik, Nərəcan bələdiyyəsinin Qıraqlı kəndində isə 547 kvadratmetrlik yaşayış təyinatlı torpaq sahələri alıcılara təqdim olunacaq.
Bundan başqa, Goranboy rayonunun Borsunlu kəndində yerləşən 30 kvadratmetrlik sahibkarlıq təyinatlı torpaq sahəsi də satışa çıxarılıb. Onun ilkin qiyməti 1800 manat təşkil edir.
Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün əkin və örüş sahələri 5 və 15 il müddətinə icarəyə təklif olunur. Bu torpaqların böyük hissəsi heyvandarlıq, əkinçilik və bağçılıq fəaliyyəti üçün nəzərdə tutulub.
Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı müvafiq Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrindən və ya torpaq bələdiyyəyə məxsusdursa, həmin bələdiyyələrdən əldə edə bilərlər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












